Online.az domen registratoru: ERROR 403

online.azNəyə görə “.AZ” domenlərindən istifadə etməkdən çəkinirəm?
1. Qiymət. Alanda 40 AZN, sonradan hər il 20 AZN ödəməliyik. Əslində niyə də ödəməyək, Network Technologies əməlli və rahat xidmət göstərsəydi;

2. Neçə il dədə-baba qaydasıynan domenləri “anketvari” üsulu ilə qeydiyyata aldıqdan sonra, kişinin uşaqları fikirləşib ONLİNE.AZ sistemi yaratdılar.

Hansı ki sutka ərzində neçənci dəfədir ekrana söyüb yazır ki, 403 FORBİDDEN səhvi mövcuddur, və nginx modulu işləmir.
Yəni ki, istifadəçi domenin yiyəsi ola-ola, öz halal pulu ilə aldığı domeni idarə edə bilmir.

3. Godaddy.com sisteminə nəzər salaq. Dünya üzrə milyonlarla istifadəçisi var, gün ərzində milyonlarla domenlərdə əməliyyat aparılır, məsələn: alqı, satqı, hərrac əməliyyatları, DNS-lərin nizamlanması… Amma o cür nəhəng bazanın sahibi olan Godaddy-də DNS-lərin dəyişilməsi ən uzağı 20 dəqiqə çəkir, şəxsən məndə belə olur.
Lakin onun Azərbaycandakı “analoqu” ən azı 24 saat fikirləşdikdən sonra, domenimin DNS-lərini dəyişir. Və ya dəyişmir – məs., Hetzner serverlərinə qarşı AZ zonasının şəxsi qərəzliyi var 😀

Bundan sonra özlərini “Azərbaycanın 1 nömrəli domain registratoru” adlandırırlar, adama sual verərlər, Azərbaycanda başqa domain registrator var ki?

Atalar deyib, axarı olmayan su çürüyər. Online.az-ın bu durumuna baxanda demək olardı ki, rəqabət olmayan sahədə inkişaf mümkün deyil.

_________________
количество просмотров: 606

Статьи по этой теме:

Comments are closed.