Payını almış uzaq qonşudan üzr istəməzlər

путин и медведевSirr deyil ki, hər hansı dövlət öz dediyini qonşu dövlətin əhalisinə yeritmək üçün, KİV və sosial media resusrlarını işə salır. İkinci dünya müharibəsinin tarixindən bizə məlumdur ki, Vermaxtın hərbi təyyarələri zəbt edəcəkləri ərazinin üzərindən keçərək, bomba əvəzinə vərəqələr atırdılar. Zaman keçdi, mahiyyət dəyişmədi: Azərbaycanın da şimali qonşusu olan Rusiya ölkəmizdə özünə məxsus KİV vasitəsilə “vərəqə” xarakterli məlumatlar sızdırmaqdadır. Son günlərdə Türk-rus gərginliyi məsələsində sputnik.az xəbər agentliyində azərbaycanlı millət vəkili Araz Əlizadə qonşu Türkiyəni ittiham etməyə davam edir.

Əslində söz azadlığı, hər iki tərəfin siyasətini bəyənmək və ya pisləmək hüququnu verir, maraqlısı
başqadır. Araz Əlizadənin dedikləri, gündə Rusiyanın ORT, “Россия-2”, “НТВ” kanallarında səslənən əsassız-sübutsuz şablon bəyanatlarla tam üst-üstə düşür:

  1. Türkiyə gələcəkdə peşman olacaq
  2. Ərdoğanın oğlu terrorçulardan neft alır
  3. Su-24 təyyarəsinin vurulması Rusiyaya qarşı düşmənçilik mövqeyindən irəli gəlir
  4. Türklər işğalçılıq eləyirlər
  5. Rusiya belə şeyləri heç vaxt bağışlamır və bağışlamaycaq da
    Və ən əsası:
  1. Ağlı başında olan hər kəs bilir ki, Türk-rus gərginliyində Türkiyə haqsızdır

Əslində Rusiyanın və qərbin dəyənək əvəzi işlətdiyi kürd və erməni məsələlərində daha öncədən düzgün sərt addımlar atmadığı üçün türklər artıq peşmançılıq çəkməyə başladı. O ki qalıb Rusiyaya qarşı düşmənçilik mövqeyinə, Türkiyəli səfirin 3 il öncə hava limanında dediyi sözləri yadınıza salım: “Türkiyə NATO-dan çıxar, lakin Rusiya ilə müharibəyə girməz”.

Həm də Türkiyə rəhbərliyi kremldəkilərin ağılında deyil, ki çətin vəziyyətdə özünə daha da düşmən qazandırsın. Millət vəkilimizin yəqin ki xəbəri yoxdur ki, hələ oktyabrın 5-i Türkiyənin hava məkanını pozulduğunu təsdiq edən rus səfiri, “olayı araşdıracağına” söz vermişdi (mənbə). Bu o deməkdir ki, HHQ-ri təyyarəni yerindəcə vurmağa qadir olduğu zamanı, ruslara əvvəlcədən bu barədə xəbərdarlıq edilmişdir, və hava məkanı yenidən dəfələrlə pozulduqdan sonra təyyarə məhv edilmişdir. Araz Əlizadə isə rusiya telekanallarının qulaqdeşən şüarlarını təkrar edərək, “Rusiyanın belə şeyləri heç vaxt bağışlamayacağını” deyir.

Ola bilsin rus generalları 15 ilə yaxın əvvəlki hadisədə Azərbaycanın verdiyi reaksiyanı türklərdən gözləyirdilər. O zaman rus hərbi təyyarəsi şimaldan Azərbaycanın hava məkanını pozaraq bomba atmışdı. Xoşbəxtlikdən sahədə əkin işləri aparılmadığına görə, hadisə tələfatsəz ötüb, RF-in səfiri A.Bloxin isə “Örnək üçün bildirim ki, ABŞ Yuqoslaviyada üzərində bombasını itirib, Rusiya Azərbaycan üzərində itirə bilməz ki?” sualı ilə cavab vermişdi. Belə çıxır ki, Rusiya, lap məhəllədəki arsızcasına ona-buna sataşan tin uşağı kimi, ondan qorxmayana və adekvat cavab verənə kin saxlayır.

Türklərin İraqa girməyi ilə bağlı da suallar yaranır: necə oldu ki, rus ordusu 2475 km məsafəni qət edərək Yaxın Şərqə bombaları yağdırıb öz maraqlarını qoruya bilir, lakin Araz Əlizadənin fikrincə Türkiyənin İraqa girməklə öz təhlükəsizliyini qorumağa ixtiyarı ola bilməz?

Ağlı başında olan hər kəs bundan sonra gərək düşünsün ki, arsız tin uşağının qarşısında bütün qonşular itaətini göstərmək üçün baş əyməlidir?

Nail Vəliyev

_________________
количество просмотров: 38

Статьи по этой теме:

  • Похожих статей по этой теме нет

Comments are closed.